RU

"Nə vaxt 55 yaşlı normal kişi olacaqsan?" - Xanımından Rusiya millisinin baş məşqçisi ilə bağlı təəccübləndirən açıqlama

“Rostov”un və Rusiya millisinin baş məşqçisi Valeri Karpinin həyat yoldaşı Daria Karpina ərinin enerjisindən danışıb.

Fanat.Az
xəbər verir ki, o, "Sport24"-ə müsahibəsində belə deyib:

“O, hərəkətliliyini və enerjisini saxlayır. Hərdən zarafatla deyirəm: “Nə vaxt 55 yaşlı normal kişi olacaqsan? Getdiyimiz dost məclislərindən səhər saat 4-də çıxanda onu demək olar ki, zorla çəkməli oluram. Artıq yatmaq istəyirəm, amma o, yorulmur. Səhərə qədər dostlarla söhbət etməyə hazırdır. Anası da eynidir. 70 yaşlı qadın bizim toyda, səhərə qədər yatmadı. Hətta mən artıq yatmışdım və o, hələ də əylənirdi".

Qeyd edək ki, Karpin 2021-ci ildən Rusiya millisinin "sükanı arxası"ndadır.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
fanat.az

1Источники