Türkiyə dünyada ədaləti qorumağa davam edəcək.
“Far.Az” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.
O bildirib ki, dünyada daha ədalətli beynəlxalq sistem qurulmalıdır: “Türkiyə bunun üçün çalışır”.
Nazir qeyd edib ki, "Türkiyə yüzili" həm də ədalətin əsri olacaq.