RU

Qazaxıstanlı publisist: Ermənistanın silahlandırılması revanşizmi qızışdırır

Qazaxıstanlı

Astana, 13 sentyabr, AZƏRTAC

Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə bir sıra dövlətlər, xüsusən də ABŞ Ermənistanı dəstəkləyib. Bu, Azərbaycanı məcbur edib ki, ərazilərini öz gücü ilə azad etsin.

Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış qazax yazıçısı və publisisti, ictimai xadim Nasiha Kenjina deyib. O əlavə edib: “Hazırda Ermənistana silah verilməsi ölkədə revanşist əhvali-ruhiyyənin qızışdırılmasına yönəlib. Davamlı sülhə nail olmaq üçün Fransa, Hindistan və digər dövlətlərdən Ermənistana hərbi dəstəyi dayandırmaq lazımdır. Belə bir addım Ermənistanı Azərbaycanla sülh axtarmağa sövq edə bilər”.

Nasiha Kenjina diqqətə çatdırıb ki, Azərbaycanın azad etdiyi torpaqlarda əsas problemlərdən biri də işğal zamanı ermənilər tərəfindən minalanmış ərazilərdir. Publisist qeyd edib: “Ermənistan minalanmış sahələrin xəritələrini təqdim etmir, bu da insan tələfatına səbəb olur. Bu, Azərbaycana və onun xalqına zərər vermək üçün qəsdən edilir”.

N.Kenjina bildirib ki, Azərbaycan sülhə can atır və bununla bağlı çoxsaylı danışıqlar aparır, lakin xarici qüvvələr sülhün əldə olunmasına mane olur: “Fransa və ABŞ kimi ölkələr bu münaqişədə öz maraqlarını güdürlər. Lakin xarici qüvvələrin müdaxiləsi olmadan, yalnız Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar regionda real və uzunmüddətli sülhə gətirib çıxara bilər”.

Qazaxıstanlı yazıçı qeyd edib ki, Qarabağ iqtisadi rayonu öz təbii sərvətləri, meşələri, qızıl yataqları, mineral su mənbələri və faydalı qazıntıları ilə cəlbedicidir. O deyib: “Sülhə maneələr yaradan xarici qüvvələrin regiona marağı da məhz bununla izah olunur”.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etdiyini, burada azərbaycanlıların erməni işğalçıları tərəfindən dağıdılmış evlərini və məzarlarını gördüyünü xatırladıb.

“Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında istənilən vəziyyətin öhdəsindən gəlməyə qadir olan güclü ölkə kimi qəbul edilir”, -deyə N.Kenjina bildirib.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
1
azertag.az

2Источники