RU

Növbəti Sülh Sammitinə Rusiya dəvət olunacaq

Növbəti Qlobal Sülh Sammiti 2024-cü ilin noyabrına planlaşdırılıb və sammitdə iştirak üçün Rusiyanın da dəvət edilməsi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq bəyanatına istinadən xəbər verir.

Sammit zamanı Ukrayna Prezidenti münaqişənin sülh yolu ilə həlli üçün öz təkliflərini təqdim edəcək. Bu, müharibəni bitirmək üçün ətraflı plan olacaq.

Daha əvvəl İsveçrənın Rusiyanı Ukrayna üzrə sülh konfransına cəlb etmək üçün fəaliyyətini davam etdirdiyi bildirilmişdi.

İlk sülh sammiti iyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində keçirilib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
25
teleqraf.com

10Источники