RU

Çində audit firmasına rekord cərimə: Daşınmaz əmlak bazarını batıran şirkəti audit etmişdi

Çin hakimiyyəti müflis olan daşınmaz əmlak nəhəngi “Evergrande” korporasiyasının fəaliyyətini audit edən PwC audit şirkətinin ölkədə fəaliyyətini altı ay müddətinə qadağan edib, şirkətə ümumilikdə 440 milyon yuan (62 milyon dollar) məbləğində cərimə kəsib.

Musavat.com Associated Press-ə istinadən xəbər verir ki, cərimənin 116 milyon yuanını Çin Maliyyə Nazirliyi, 325 milyon yuanını isə Çin Qiymətli Kağızları Tənzimləmə Komissiyası (CSRC) tətbiq edib.

Agentlik qeyd edir ki, bu, Çin tənzimləyiciləri tərəfindən indiyədək audit sektorunda tətbiq edilən ən sərt cəzadır.

PwC, “Evergrande”də maliyyə fırıldaqları ilə bağlı araşdırmaya başlandıqdan sonra Çin səlahiyyətlilərinin diqqətini çəkib. Bu ilin əvvəlində Pekin, əsas bölməsi olan Hengda Real Estate-in iki il ərzində (2019 və 2020-ci illər) gəlirini 564 milyard yuan artırdığını aşkar etdikdən sonra korporasiyanı 4,18 milyard yuan cərimələyib.

PwC-nin Şanxayda siyahıya alınmış bölməsi olan PricewaterhouseCoopers Zhong Tian bu dövrdə Hengda-nın auditoru idi. Şirkət 10 ildən artıqdır ki, Evergrande-in auditorudur. Tərəflər 2023-cü ilin yanvarında əməkdaşlığı dayandırıblar, korporasiya bunu audit məsələlərində fikir ayrılığı ilə izah etmişdi.

PwC Zhong Tian 2022-ci ildə 7,9 milyard yuan gəlirlə Çinin ən böyük mühasibat firması olub. O vaxtdan bəri müştəri itkisi səbəbindən bu rəqəm əhəmiyyətli dərəcədə azalıb.

 

Musavat.com

Избранный
36
2
musavat.com

3Источники