RU

Gəncədə 15 yaşlı oğlan 18 yaşlı keçmiş arvadını bıçaqladı

Gəncədə 18 yaşlı gənc qadın bıçaqlanıb.Mediaxeberleri.Az xəbər verir ki, şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, onu keçmiş həyat yoldaşı bıçaqlayıb.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı araşdırma aparılır.***Gəncədə 18 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlanmasının bəzi detalları məlum olub.Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hər iki şəxs Yevlax şəhər sakinidir. Cütlük bir müddət əvvəl boşanıb. Qadın boşanmadan sonra başqa bir şəxslə yaşayırmış.Hadisə günü M.Əmiraslanov gecə saatlarında Gəncə şəhərində A.Əmiraslanovaya üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirib.Məlumata görə, A.Əmiraslanova və M.Əmiraslanov etnik olaraq qaraçıdırlar.Məsələdə şokedici detal isə M.Əmiraslanovun 15 yaşının olmasıdır.Cütlük bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
50
mediaxeberleri.az

10Источники