RU

Gürcüstan jurnalistin sığınacaq istəyi ilə bağlı yekun qərarını açıqlayacaq

Yayımlandı: 14 Sentyabr 2024 15:12 Sevinc Sadıqova həyat yoldaşının şəraitsiz yerdə saxlanıldığını deyir Sentyabrın 13-də Gürcüstan Miqrasya Xidmətinin əməkdaşı Tbilisi İstintaq Təcridxanasında bu ölkədən sığınacaq istəyən “Azel TV”-nin təsisçisi Əfqan Sadıqovla görüşüb.Bu barədə Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova danışıb. Onun sözlərinə görə, 6 saatdan çox keçən müsahibədən sonra bildirilib ki, Miqrasiya Xidməti və Gürcüstan dövləti sentyabrın sonlarında Əfqan Sadıqovun müraciəti ilə bağlı yekun qərarlarını açıqlayacaq. Sevinc Sadıqova həmçinin Əfqan Sadıqovun saxlanma şəraitindən danışıb. Qaldığı otağın şəraitsiz, nəmişlik, böcəklərlə dolu olduğunu deyib. Əlavə edib ki, Əfqan Sadıqova normal qida da verilmir: “Hamısı Azərbaycanın sifarişinə görədir. Bunlarla bağlı Gürcüstan Ombudsman Apatatına müraciət də etmişəm”. Həyat yoldaşı həmçinin bildirib ki, Gürcüstan Ombudsman Aparatının nümayəndələri sentyabrın 12-də İstintaq Təcridxanasında Əfqana baş çəkiblər. Əfqan Sadıqov onlara kamerada normal şəraitin olmamasından, yeməyin keyfiyyətinin pis olmasından və sağlamlığı ilə bağlı problemlərdən şikayət edib. Əfqan Sadıqov ötən il dekabrın 24-də ailəsi ilə birlikdə Gürcüstana gedib. O, avqustun 3-də Tbilisidə gürcü polisi tərəfindən saxlanılıb. Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiya etmək məqsədilə 3 ay müddətinə həbs edib. Məhkəmədən bildiriblər ki, mayın 10-da Azərbaycan DİN Əfqan Sadıqova qarşı Azərbaycan CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə (hədə-qorxu yolu ilə tələb etmə, başqasının əmlakını ələ keçirmə, rüsvayedici məlumatlar yaymaqla hədələmə (təkrarən törədildikdə)) ittihamlar irəli sürüb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
1
xural.com

2Источники