RU

Əsgərin güllələnərək öldürüldüyü bildirilir

Yayımlandı: 14 Sentyabr 2024 21:36 Qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən əsgər Nurbala Bağırov güllələnərək həyatını itirib. Əsgərin odlu silahdan açılan atəş nəticəsində ölməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub. Hərbi Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi vaşlanıb. “Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib, təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”, – Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Hərbi Prokurorluq. Mənbə: “Azərtac” Şəmkir Hərbi Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin  əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər: “Onlar iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürüb və digər hərəkətlər icra ediblər. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
xural.com

1Источники