RU

Günlərlə Yer kürəsini silkələyən seysmik siqnalın sirri çözüldü

15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz gün davam edən seysmik dalğanın mənşəyini müəyyən edib.

Publika.az xəbər verir ki, müəmmalı hadisənin səbəbini çöl ölçmələri, peyk şəkilləri və kompüter modelləşdirməsindən istifadə etməklə müəyyən etmək mümkün olub.

“Science” jurnalında dərc edilən araşdırmada qeyd olunub ki, yerin monoton uğultu ilə müşayiət olunan titrəyişinin səbəbi Qrenlandiyanın şərqində Dikson Fyorduna çökən və sunamiyə səbəb olan dağ zirvəsi olub. Durğun dalğa Fyordun qapalı məkanında sahildən sahilə yellənib.

Tədqiqatlar göstərib ki, bu məsələdə təkanverici amil kimi iqlim dəyişmələri çıxış edib, nəticədə dağın yamacını sabitləşdirən əriyən buzlaq dənizə çöküb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
18
publika.az

10Источники