RU

Yeni tədris ilində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub

Yeni

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanda 2024-2025-ci tədris ili başlanıb.

AZƏRTAC xəbər verir ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərslər “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bununla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub.

Yeni tədris ilində “Yaşıl dünya naminə həmrəylik” mövzusunda dərslərin təşkilinə metodik dəstək məqsədilə Elm və Təhsil Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin metodistləri və qabaqcıl müəllimlər üçün vebinar da keçirilib. Həmçinin müəllimlər üçün metodik vəsait çap edilib.

Qeyd edək ki, yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagird təhsil alacaq.

Избранный
32
6
azertag.az

7Источники