RU

“Formula-1” yarışlarına ev sahibliyi edən ölkə-şəhər sakinləri sevinirlər, bizdə isə...

"Formula 1" kifayət qədər populyar idman növüdür, dünyada bu yarışın təqribən 500 milyon TV auditoriyası var. Futbol, basketbol, xokkey, tennisdən sonra “Forumula 1” yarışı auditoriyasına görə 5-ci yerdə dayanır. “Formula 1” yarışları keçirən ölkə turizim baxımından dünyaya açılırsa qazanc da əldə edir. Həm də Bakı şəhər içində Formula yarışı təşkil edən 2-ci şəhərdir, bu anlamda turizmin reklamı üçün gözəl imkanlar yaradır.Amma:- Quru sərhədləri az qala 5 il məntiqsiz olaraq qapalı saxlayıb turizmi inkişaf etdirmək olmur,- Kiçik-orta sahibkarlığı vergi dərəcələri, gömrük tarifləri, icra strukturlarının davranışları ilə əzərək turizmi inkişaf etdirmək mümkün deyil,- Dövlət investisiyaları hesabına 5 ulduzlu otellər tikib sonra onların ziyanla işlədiklərini bəyan etməklə turizm inkişaf etmir,- Rəqbətsizliyə görə qiymətləri kəllə-çarxa qaldırmaqla turizm cəlb etmək olmur,- 2-3 ulduzlu otelləri, hostelləri olmayan, və ya çox az olan ölkədə turizm inkişaf etmir,- Yan istehsal sahələri olmayan, turizmdə istifadə edilən bütün hər şeyin xaricdən gətirildiyi ölkədə turizmdən danışmaq yersizdir.Siyahını uzada da bilərəm, amma vəziyyət budur, əslində “Formula-1” yarışlarına ev sahibliyi edən ölkə-şəhər sakinləri sevinirlər, düşünürlər ki, həm yarışları izləyə bilərlər, həm də onminlərlə turistdən pul qazanacaqlar. Bizdə isə hər “Formula-1” yarışları camaatın kəskin narazılığını yaradır, publik olmasa da, evdə-mətbəxdə deyinməklə, tıxaclar, əsəb gərginliyi ilə keçir...Natig JafarliTEREF
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
dunyapress.info

1Источники