RU

“Dünyanı qana bulayan müharibələri unutmayaq" - Roma Papası dünyaya sülh çağırışı edib

Image

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə atəşkəslə bağlı danışıqların davam etdirilməsinin vacibliyini bildirib. Pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri sülh üçün həll yolları tapmağa səsləyib.

“Dünyanı qana bulayan müharibələri unutmayaq. Viran qalmış Ukraynanı, Myanmanı, Yaxın Şərqi daim düşünürəm. Nə qədər günahsız qurban var. Qoy Fələstin və İsraildə münaqişə dayansın, zorakılıq bitsin, girovlar azad olunsun, danışıqlar davam etdirilsin və sülh üçün həll yolları tapılsın”, - deyə Roma Papası qeyd edib.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
5
baki-xeber.com

6Источники