RU

"Ay tutulması bizə necə təsir edəcək? " - Astroloq AÇIQLADI

Ay tutulması 18 sentyabr 2024-cü ildə yerli vaxtı ilə saat 06:34-də 25 dərəcə Balıq bürcündə baş verəcək.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin məşhur astroloqu Dinçer Güner \"X\" platformasında paylaşım edib.
 
O, paylaşımında bildirib:
 
\"Sentyabrın 18-də 25 dərəcə Balıqda Neptun Ay tutulması baş verəcək. Tutulmalar mühüm astroloji hadisələrdir və onların təsiri uzun müddət hiss olunur. Bu tutulmanın təsiri sentyabrın 18-dən etibarən 2 həftə ərzində hiss olunacaq.
 
İçə dönük olmaq, xəyal qurmaq, öz qabığımıza çəkilmək, dəyişən şərtlər və s. bu dövrdə aktual olacaq. Bu dövr üzərimizə götürdüyümüz yükləri yenidən qiymətləndirəcəyimiz və tarazlığı bərpa edəcəyimiz dövrdür.
 
Detallara fikir verərək praktik və real bir yanaşma ilə həyatımızın dağınıq sahələrini nizama salmaq ehtiyacı hiss edə bilərik. Emosional olaraq təsir edən məsələlər və həssaslıqlar bu proses zamanı intensiv şəkildə üzə çıxa bilər.
 
Bir müddət özümüzü gündəlik həyatın axarına buraxmaq istəyə bilərik. Bununla belə, üzərimizə götürdüyümüz işləri yerinə yetirməkdə çətinlik çəkdiyimiz məqamlar ola bilər\".
 
Oksana
Избранный
22
azxeber.com

1Источники