Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 177,6 ton ət idxal olunub.Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan ətin 1 kiloqramının orta gömrük dəyəri 2,2 dollar (3,8 manat) olub.Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 26 min 723 ton ət idxal olunub və 1 kiloqramının orta gömrük dəyəri 2 dollar (3,4 manat) olub.Məlumat üçün bildirək ki, Azərbaycana xaricdən əsasən dondurulmuş toyuq əti və dondurulmuş iribuynuzlu heyvan əti gətirilir. Dondurulmuş toyuq ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat), dondurulmuş iribuynuzlu heyvan ətinin 1 kiloqramının orta gömrük dəyəri isə 4 dollar (6,9 manat) təşkil edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта