RU

Danmarka “F-16”-ların daha bir partiyasını Ukraynaya göndərir – Müdafiə nazirindən açıqlama

“2024-cü ilin sonuna qədər Ukrayna Danimarkadan “F-16” qırıcılarının daha bir partiyasını alacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen açıqlayıb.

Nazir bildirib ki, yeni təyyarələrin tədarük dəqiq tarixi və sayları əməliyyat təhlükəsizliyi baxımından məxfi olaraq qalır.

Onun sözlərinə görə, ilk təyyarə avqust ayında Ukraynaya təhvil verilib. Danimarka 19 qırıcı tədarük etməyi öhdəsinə götürüb.

"Daha bir “F-16” 2024-cü ilin ikinci yarısında təhvil veriləcək", - Poulsen təsdiqləyib.

ABŞ-da hazırlanımış, dünyanın bir çox ölkələrin hərbi aviasiyasında olan çoxməqsədli dördüncü nəsil “F-16 FightingFalcon” ənpopulyarvə uğurluqırıcılardanbiridir.

O, yüksək manevr qabiliyyətinə malikdir və bu, ona hava döyüşlərini effektiv şəkildə aparmağa imkan verir. Bundan əlavə, o, hava-hava və hava-yer raketləri, bombalar və raket konteynerləri də daxil olmaqla geniş çeşiddə silahları daşıya bilər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
azpolitika.info

2Источники