Özəl tibb müəssisələrində təklif olunan xidmətlərin qiyməti çox yüksəkdir.
Xezerxeber.az-ın məlumatına görə, özəl xəstəxanalarda həkim konsultasiyası 30-80 manat, analizlər isə 50-100 manatdan başlayır. Elə analizlər də var ki, qiymətləri 350-500 manatdır.
Bəzi özəl xəstəxanalarda “Check up” müayinə qiymətləri isə insanların bir aylıq gəlirindən də çoxdur.
Paytaxt sakinləri də tibb müəssisələrində təklif olunan xidmətlərin qiymətinin yüksək olduğunu deyirlər.
Tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, icbari tibbi sığorta tibbin bütün sahələrini əhatə edərsə, özəl xəstəxanalarda qiymətlər də dəyişə bilər.
Onun sözlərinə görə, hər bir özəl xəstəxana ödənişləri özü müəyyən edir:
“Təbii ki, burada bazar rəqabəti də əsas rol oynayır”.
Ekspert hesab edir ki, qiymətlərlə yanaşı, özəl klinikalarda müalicə-profilaktika işlərinin hansı keyfiyyətdə həyata keçirilməsinə də ciddi nəzarət olunmalıdır.
Ətraflı süjetdə: