RU

Deputatdan Emin Əmrullayevə sərt sözlər: “İstəyirəm ki, nazir bir daha müəllimləri və alimləri aşağılamasın”

Etibar Əliyev,

Təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru

Mən istəyirəm ki, şəhid övladları özəl orta məktəblərdə pulsuz təhsil alsınlar;

Mən istəyirəm ki, şagird və tələbələr ən yaxşı dərsliklərlə təmin olunsunlar;

Mən istəyirəm ki, bir uşaq belə təhsildən kənarda qalmasın;

Mən istəyirəm ki, uşaqların azı 70 faizi məktəbəqədər təhsilə cəlb olunsun;

Mən istəyirəm ki, çağımızın tələbinə uyğun tərbiyəçi-müəllim hazırlığı üçün proqram qəbul olsun;

Mən istəyirəm ki, uşaqlar məktəbə qayıtsınlar;

Mən istəyirəm ki, şagirdlər repetitorsuz fənn proqramlarını mənimsəsinlər;

Məm istəyirəm ki, təhsil üçün heç bir əhəmiyyəti olamayan qrant layihələrinə xərclənən (yeyilən) milyonlarla manat vəsait məzmuna və təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına xərclənsin;

Mən istəyirəm ki, Beynəlxalq Riyaziyyat və İnformatika olimpiadlarından şagirdlərimiz qızıl medal gətirsinlər;

Mən istəyirəm ki, müəllimlər dərs deməklə yanaşı, həm də tərbiyələndirsinlər;

Mən istəyirəm ki, müəllim şagirdi döyməsin;

Mən istəyirəm ki, şagirdin əlində telefon yox, kitab olsun;

Mən istəyirəm ki, bütün məktəblərimiz keyfiyyətli təhsil versin, keyfiyyətdə coğrafiya faktoru götürülsün;

Mən istəyirəm ki, məktəblərə direktor seçimi tanışlıq, qohumluq və maddi maraqla olmasın;

Mən istəyirəm ki, elə dərsliklər yazılsın ki, şagirdlərin başqa mənbələrdə (test kitabçalarında) gözü qalmasın;

Mən istəyirəm ki, məktəb məzunlarının azı 40 faizi peşə məktəblərinə üz tutsunlar;

Mən istəyirəm ki, internat məktəblərində uşaqların payına göz dikilməsin;

Mən istəyirəm ki, valideyn məktəb rəhbərliyi arasındakı qarşıdurma səngisin;

Mən istəyirəm ki, ölkədə azı 20 müasir peşə təhsili məktəbi qurulsun;

Mən istəyirəm ki, bütün ixtisaslar üzrə ali təhsil alanlar özlərinə asanlıqla iş tapa bilsinlər;

Mən istəyirəm ki, ali məktəb müəllimləri o qədər maraqlı mühazirə oxusunlar ki, kənardan da dinləyicilər mühazirəni dinləməyə meyl etsinlər;

Mən istəyirəm ki, ali məktəb müəllimləri onlayn mühazirə aparsınlar;

Mən istəyirəm ki, ali məktəb müəllimləri yeni biliklərin mənbəyini bilib tələbəyə göstərsinlər;

Mən istəyirəm ki, müəllimlə tələbə oxuduqları kitabı müzakirə etsinlər;

Mən istəyirəm ki, müasir kitab mağazalarında ayda azı 10 universitet müəllimi ilə rastlaşım;

Mən istəyirəm ki, mütaliyə edən insanlara açıq olan zəngin universitet kitabxanları olsun;

Mən istəyirəm ki, pullu özəl orta məktəblər hər il kasıb istedadlı uşaqlara 10 faiz yer ayırsınlar. Buna borcludular, çünki Dövlət babamın pulu hesabına bu məktəbləri yaradıblar;

Mən istəyirəm ki, universitetlərə əsasən kitabı bilən və intellektual şəxslər rektor təyin olunsun;

Mən istəyirəm ki, azı 3 universitetimiz dünyanın aparıcı reytinqlərində əhəmiyyətli yer alsınlar;

Mən istəyirəm ki, tələbələr üçün kiçik də olsa Silikon vadisi yaradılsın;

Mən istəyirəm ki, təhsilə təhsili bilən, onu duyan şəxslər rəhbərlik etsinlər;

Mən istəyirəm ki, Elm və Təhsil Nazirliyi özlərini güclə yaşadan ali məktəblərdən pul qoparmasın;

Mən istəyirəm ki, Elm və Təhsil naziri bir daha müəllimləri və alimləri aşağılamasın…

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
6
editor.az

8Источники