RU

Bakı sakinlərinə PİS XƏBƏR: Aylarla davam edəcək

Yeni dərs ilinin başlaması ilə paytaxt yolları yenə iflic olub. Şəhərdə böyük sıxlıq müşahidə olunur. Xüsusilə səhər və axşam saatlarında tıxacın sonu görünmür. Bu sıxlıq pik saatlarda daha dəhşətli dərəcəyə çatır. Çoxları belə bir tıxacın sadəcə ilk gün üçün keçərli olduğunu düşünsə də, bugündən sonra yolların daha bərbad hala düşəcəyini iddia edənlər də az deyil. 

Titul.az xəbər verir ki, nəqliyyat eksperti Aslan Əsədov “Yeni Sabah”a açıqlamasında mövcud vəziyyətdən danışıb: 

“Tıxacın olması bugünkü günün real mənzərəsini göstərir. Tək bugün, sabah yox, bir neçə gündən sonra da, yaxud aylar sonra da tıxac olması mümkündür. Konkret olaraq məsələnin həllinə gəldikdə, mövzunun mahiyyəti ondan ibarətdir ki, tıxac olan ərazilərə müəyyən dərəcədə istər texniki dəstək, istərsə də, parametrlərə uyğun olan alternatif yaratmaq lazımdır. Bu gün tıxacın yaranma səbəbinə baxsaq, görərik ki, bu, şəhərin hər bir tərəfini əhatə edir. Konkret olaraq, bir məsafə, bir nöqtə üzrə deyil”.  azal vakansiya

Ekspert aidiyyatı qurumların problemlə bağlı həll yolları tapmağa çalışdığını da qeyd edib: 

“Ənənəvi dərslərlə bağlı yaranan sıxlıq və tıxaclar hər il gündəmə gəlir və təkrarlanır. Bunun hər hansı formada həllini axtarıb-tapmaq üçün müəyyən qurumlar və mütəxəssislər məsələnin üzərində çalışırlar.  Əgər problemin qarşısı alınmazsa, belə də davam edəcəkdir. Biz bunu birmənalı olaraq qəbul etmək məcburiyyətindəyik. 

Tıxaclarla bağlı digər bir məsələ isə budur ki, şəhərin müxtəlif ərazilərində olan tıxaclar var ki, onların dərs ilinin başlamasına heç bir aidiyyatı yoxdur. Onlar öz zamanında baş verir”.   

Избранный
35
13
titul.az

10Источники