RU

ABŞ Gürcüstan rəsmilərinə sanksiyalar elan etdi

ABŞ Maliyyə Nazirliyi Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi tapşırıqlar üzrə departamentinin başçısı Zviad Xarazişvili və onun müavini Mileri Laqazauriyə, habelə rusiyayönlü Alt-Info partiyasının liderləri Konstantin Morqoşiya və Zurab Maxaradzeyə sanksiyalar elan edib. ABŞ onları “xarici agent” qanununa etiraz edənlərin zorakılıqla dağıdılması zamanı insan haqlarının pozulmasında ittiham edir. Bundan başqa Alt-Info partiyasının fəalları 2021 və 2023-cü illərdə jurnalistlərin, QHT ofislərinin və polisin üzərinə homofob hücumlarda iştirak ediblər. ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Xarazişvili və Laqazauri “etirazçılara və siyasi opponentlərə qarşı qəddar repressiyalarla” bağlıdırlar, Morqoşiya və Maxaradze isə vətəndaşların dinc mitinqlərinin zorakılıqla dağıdılmasında birbaşa və dolayısı ilə iştirak ediblər. Sözü gedən 4 nəfərə 13818 saylı Fərman və bütün dünyada insan haqlarını pozanları hədəfləyən Maqnitski qanunu əsasında sanksiyalar tətbiq olunacaq. ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini əvəzi Bredli Smit deyib ki, yenicə elan edilmiş sanksiyalar “bizim Gürcüstandakı antidemokratik hərəkətlərdən narahatlığımızı ifadə edir”. AzadlıqRadiosu

Избранный
36
1
xural.com

2Источники