RU

Güclü yağış məhbusları qaçırtdı

 

  Nigeriyanın Maiduquri şəhərində güclü yağışın həbsxana kompleksinə ziyan vurmasından sonra 270-dən çox məhbus evakuasiya zamanı qaçıb.

  BBC-nin xəbərinə görə, Borno əyalətinin mərkəzi Maiduquridə leysan yağışların səbəb olduğu sel nəticəsində zərər görən həbsxanadan çox sayda məhbus qaçıb.

  Nigeriya Cəza Qurumunun sözçüsü Ömər Əbubəkar verdiyi açıqlamada məhbusların həbsxananın divarları zədələndikdən sonra daha təhlükəsiz yerə evakuasiya edilərkən qaçdığını bildirərək deyib: “Qaçan 7 məhbusu ələ keçirdik. Digər məhbusların tutulması üçün də təhlükəsizlik bölmələri ilə birlikdə çalışırıq”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
trt.net.tr

1Источники