RU

Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanılıb, onu 10 ilədək həbs gözləyir - VİDEO

Rusiyada keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, azərbaycanlı sabiq vəkil saxlanılıb.

Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev iş adamı Aleksey Blinovskini inandırıb ki, külli miqdarda pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Elman Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Keçmiş vəkilin ittiham olunduğu maddə üzrə 1 milyon rubl həcmində cərimə olunmaqla, 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

Избранный
202
4
apa.az

10Источники