RU

Azərbaycan millisi seçmə mərhələyə Alanyada hazırlaşacaq

Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olacaq.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Sahib Məmmədovun rəhbərlik etdiyi yığmamız hazırlıq prosesində yoxlama oyunları da keçirəcək.

Toplanış oktyabrın 4-dən 15-nə qədər İspaniyanın Kadis şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Yığmamız Türkiyəyə bu heyətlə yollanacaq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.

Избранный
61
3
arena.az

10Источники