RU

Cəbrayılda bir mənzilin tikintisi 160 min manata başa gələcək


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Ağa-EE İnşaat” MMC (VÖEN – 1202140041) olub.
Yeniavaz.com
xəbər verir ki, tenderin qalibi olan şirkət Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisini həyata keçirəcək.
48 fərdi yaşayış evinin tikintisi üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Ağa-EE İnşaat” MMC-yə 7 milyon 664 min 193 manat 62 qəpik ödəyəcək.
Açqılanan məlumatlardan da göründyü kimi, bir ədəd mənzilin inşası 159 min 671 manata başa gələcək.
Məlumat üçün onu da qeyd edək ki, “Ağa-EE İnşaat” MMC 2020-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında Abşeron rayonunda 9 mərtəbəli 54 mənzilli bina inşa edib və qarşılığında 3 milyon 96 min 254 manat 75 qəpik alıb.
Qeyd edək ki, tenderin qalibi olan “Ağa-EE İnşaat” MMC 26 oktyabr 2018-ci ildə dövlət qeydiyyatına alınıb.  Qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı olan MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.

Elnur Əli
Избранный
24
6
yeniavaz.com

7Источники