Azərbaycan-Gürcüstan sərhəd xəttində mübahisəli deyil, razılaşdırılmamış məsələlər var.
Publika.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə danışıb.
O qeyd edib ki, Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu mehriban qonşuluq və qarşılıqlı anlaşma şəraitində inkişaf edib:
"Qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır".