RU

Fərid Qayıbov Hindistana səfər etdi

Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının IX Sessiyası (COP9) Bürosunun vitse-prezidenti olaraq Hindistana səfər edib.

 

Sfera.az-ın məlumatına görə, səfər zamanı Fərid Qayıbov Hindistanın Yeni Dehli şəhərində keçirilən COP9 Bürosu və Təsdiq Komitəsi üzvlərinin birgə iclasında iştirak edib.

 

Toplantıdan sonra Fərid Qayıbov NADA Hindistan və Dehli Milli Hüquq Universiteti arasında Anlaşma Memorandumunun imzalanması mərasiminə də qatılıb.

 

O, səfər çərçivəsində hindistanlı həmkarları – gənclərlə iş və idman naziri Mansux Mandaviya, gənclərlə iş və idman üzrə dövlət naziri Rakşa Nikhil Xadse ilə görüşüb. Görüş zamanı həm gənclər, həm də idman sahəsində iki ölkə arasında mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Избранный
26
12
sfera.az

10Источники