RU

Dövlət Sərhəd Xidməti bu şirkətdən qalxan, qılınc, xəncər alır


Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin qalibi “ME.GA.AN” MMC (VÖEN – 1800284991) olub.
Yeniavaz.com
xəbər verir ki, DSX “ME.GA.AN” MMC-dən milli geyimlər və ləvazimatlar alacaq və buna görə Dövlət Xidməti “ME.GA.AN” şirkətinə 70 min 219 manat 44 qəpik ödəyəcək.
Qeyd edək ki, “ME.GA.AN” şirkətinin DSX-yə satacağı milli geyimlər və ləvazimatlar əsasən aşağıdakılardan ibarət olacaq:
Rəqqas geyimi və çəkməsi (kişi) – 16 dəst və 16 cüt
Rəqqas geyimi və çəkməsi (qadın) – 16 dəst və 16 cüt
Cigid geyimi (kişi) – 17 dəst
Cigid geyimi (qadın) – 4 dəst
Milli papaq (qaragül dəri) – 35 ədəd
Qalxan, qılınc, xəncər – hər birindən 16 ədəd
Qaval – 6 ədəd
Nağara – 16 ədəd
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ME.GA.AN” MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.

Murad Məmmədov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
3
yeniavaz.com

4Источники