RU

Sumqayıtda 20 yaşlı oğlan tikintidə yıxılaraq ölüb

Sumqayıtda fəhlə işləyən gənc oğlan hündürlükdən yıxılaraq ölüb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.

2004-cü il təvəllüdlü Bərdə rayon sakini Səfəralı Faiq oğlu Səfərov tikintidə işləyərkən ehtiyatsızlıqdan yıxılıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
23
nocomment.az

10Источники