Əməkdar artist Təyyar Bayramov uzun müddət sonra ilk dəfə oğlu Kənan Bayramovla efirə çıxıb.
Bakıvaxtı.az Axşam.az-a istinadən xəbər verir ki, xanəndənin ad gününə həsr edilən “Qonaqcanlı”da oğlu studiyaya gələrək, onunla birlikdə mahnı oxuyub.
T.Bayramov “Dəvət etmisiniz, amma Kənanın mənimlə oxumasına hələ çox var. Kənan ikinci kursa keçib. Mənsum İbrahimov (Xalq artisti - red.) onun ustadıdır. O, oxumasına hələ icazə vermir”, - deyə söyləyib.
T. Bayramov bildirib ki, oğlunun səsinə görə bir müddət oxumasına icazə verilmir: “Kənanın səsinə əziyyət olmaz. İnanırıq ki, yaxın vaxtlarda qaydasına düşəcək”.
Qeyd edək ki, Kənan Bayramov 2021-ci ildə Şuşada keçirilən “Xarıbülbül” festivalında “Bayatı şiraz” muğamı oxuyub. O, bu ifasından sonra Şuşada-Cıdır düzündə elə bir zəngulə vurub ki, əks sədası illərdir düşmən əsarətində qalan qayalardan, dağlardan da eşidilir. Kənanın sözügedən ifası qardaş Türkiyədə də böyük müzakirələrə səbəb olmuşdu.