Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıb.
Memoranduma əsasən tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi, ali və orta ixtisas təhsil müəssisələrinin məzunlarının əmək bazarında məşğulluq vəziyyətinin təhlil edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
www.anews.az