RU

İlham Əliyev iki icra başçısının yerini dəyişdi

Yayımlandı: 17 Sentyabr 2024 16:59 Sevindik Hətəmov Hacıqabula, Rüstəm Xəlilov Salyana göndərildi Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu barədə sentyabrın 17-də Prezident İlham Əliyev sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2016-cı ildən Salyan rayonunun icra başçısı vəzifəsini daşıyan Sevindik Hətəmov 1961-ci ildə Laçın rayonunda doğulub. Sevindik Hətəmov. Foto: Salyan Rayon İcra Hakimiyyəti O, Politexnik İnstitutunun Mühəndis – mexanik fakültəsini bitirib. S.Hətəmov 2005–2010-cu illərdə III çağırış Milli Məclisinin deputatı olub. 2012-ci ilin mart, aprel aylarında Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Rüstəm Xəlilov. Foto: Hacıqabul Rayon İcra Hakimiyyəti Rüstəm Xəlilov 1958-ci ildə anadan olub. O, Milli Məclisinin 3–5-ci çağırışlarının deputatı olub. 2018-ci ildə “Şöhrət” ordeni alıb, bir il sonra Hacıqabul rayonunun icra başçısı təyin edilib. Meydan TV

Избранный
10
1
xural.com

6Источники