RU

ABŞ Qərbin Ukraynada atəşkəsin yollarını axtardığını açıqlayıb

Qərb rəsmiləri Ukrayna münaqişəsində atəşkəsin yollarını axtarırlar, çünki onlar Ukraynanın gələn qışda Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandıra və enerji sistemini qoruya bilməyəcəyindən ehtiyat edirlər.

Editor.az bu barədə Bloomberg-ə istinadla xəbər verir.

“Münaqişə yeni qışa doğru gedir və döyüş meydanında irəliləyiş əlaməti azdır. Bu, bəzi müttəfiq rəsmiləri diplomatiyanın çıxılmaz vəziyyətdən çıxara biləcəyi yolları araşdırmağa sövq edir”,-deyə o bildirib.

Mənbələr həmçinin vurğulayıblar ki, sülh təşəbbüslərinin həyata keçirilməsi yalnız Ukrayna prezidenti Volodimir Zelenskinin razılığı ilə mümkün olacaq.

Sentyabrın 17-də Fransanın “Le Figaro” nəşri yazıb ki, Rusiya ordusunun Donbassda irəliləməsi fonunda Ukrayna Silahlı Qüvvələrinin (AFU) cəbhəsindəki neqativ vəziyyət Qərbi məsələnin diplomatik yolla həllini düşünməyə vadar edib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
editor.az

1Источники