2015-ci ildən Kanadanın baş naziri olan Castin Trüdo Monrealda keçirilən təkrar seçkilərdən sonra məyus olub. Seçkiləri uduzan baş nazirə istefa verməsi üçün təzyiqlərin artacağı düşünülür.
İlkin nəticələrə görə, Kanadanın hakim Liberal Partiyası Monrealda keçirilən təkrar seçkilərdə uzun müddət saxladığı parlament mandatını itirib.
Seçkilərdə Kvebeka blokunun namizədi Lui-Philippe Sove birinci yerə yüksəlib, Liberal Partiyasının namizədi Laura Palestini isə ikinci yerə düşüb.
Bu nəticənin baş nazir Trüdoya istefa verməsi üçün təzyiq göstərəcəyi düşünülür.
Bu nəticə doqquz ilə yaxındır bu vəzifədə olan və populyarlığı getdikcə azalan Trüdonu siyasi gələcəyi haqqında düşünməyə vadar edəcək. Kanadada vətəndaşlar bir müddətdir ki, yaşayış xərclərinin artması və mənzil böhranı kimi problemlərdən şikayətlənirlər.
Kanadada seçkilərin 2025-ci ilin oktyabrında keçirilməsi planlaşdırılır.