RU

Bakıda daha bir məktəbin direktoru işdən çıxarıldı

Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.


News365.az-ın Modern.az-a istinadən məlumatına görə, Yaqut Əfəndiyeva işdən çıxarılıb.


O, çalışmanın son yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.


Məlumatı məktəbdən təsdiq ediblər. Bildirilib ki, hazırda direktorun səlahiyyətlərini təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Ələsgər qızı Bəkirova icra edir.


Qeyd edək ki, Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova da vəzifəsindən azad edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
15
news365.az

10Источники