2025-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 6 milyard 658,3 milyon manat olması nəzərdə tutulur.
İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,6 % azdır.