RU

Ermənilər Qarabağla bağlı növbəti təxribata hazırlaşır - Tarix bilindi

ABŞ-dakı erməni diasporu Qarabağla bağlı növbəti təxribata hazırlaşır. Sentyabrın 19-da ermənipərəst konqresmenlər Kristofer Smit və Ceyms MakQovernin həmsədrliyi ilə Tom Lantos İnsan Hüquqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək.

Amerika Erməni Komitəsi (ANCA) tərəfindən dəstəklənən dinləmələrdə əsas müzakirə mövzusu “hərbi əsirlərin və siyasi məhbusların vəziyyəti, Qarabağda erməni mədəniyyət obyektlərinin statusu, ermənilərin Qarabağa qayıtmaq hüququ” olacaq.

Qərb tərəfindən Azərbaycana qarşı hansı təhlükələr gözlənilir? azal vakansiya

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, ABŞ konqresi vaxtaşırı anti-Azərbaycan tədbirləri keçirir:

“Erməni diasporu bu prosesdə xüsusi aktivliyi ilə seçilir. Diaspor əleyhimizə “etnik təmizləmə”, “mədəni terror”, “soyqırımı” kimi absurd ittihamları qabardır, təbliğ edir.

Bundan başqa, hərbi cinayət məsələsini də tez-tez qabardırlar. İddia edirlər ki, guya Azərbaycan hərbi cinayətlər törədib. Daha dəqiq desək, vaxtilə həbs edilən terrorçuları hərbi əsir sayırlar. Uydurma yalanlarla onlara qarşı hərbi cinayətin törədildiyini deyirlər.

Qarabağdakı “erməni abidələri”nin dağıdılması məsələsi isə ümumiyyətlə, onların tez-tez müraciət etdiyi məsələlərdəndir. Halbuki belə bir şey yoxdur. Göründüyü kimi, erməni yalanları, dezinformasiyaları və diasporun aktivliyi davam edir”.

F.Şəfiyev qeyd edib ki, onların aktivliyi həm də bizim passivliyimizdən qaynaqlanır:

“Yəni bu məsələdə boşluğumuz var. Lakin bu, bir-iki beyin mərkəzinin görəcəyi iş deyil, kompleks tədbirlərə ehtiyac duyulur. Erməni yalanları ilə mübarizə aparılmalıdır.

Bütövlükdə isə erməni diasporunun fəaliyyətinin onlar üçün müsbət nəticələnəcəyini düşünmürəm. Necə ki müharibə vaxtı fəaliyyətləri nəticəsiz qaldı, bu gün də belə olacaq”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
2
yenisabah.az

3Источники