2025-ci ildə Azərbaycanda təhsil xərclərinin 4 milyard 945,8 milyon manat olması nəzərdə tutulur.
Yenicag.az xəbər verir ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,7 % çoxdur.
Həmçinin səhiyyə xərclərinin 1 milyard 997,2 milyon manat olması nəzərdə tutulur ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7 % çoxdur. Bundan başqa, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 635,3 milyon manat olması nəzərdə tutulur. Bu da 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % çoxdur.