RU

ÇL: “Milan” “Liverpul”a uduzdu, “Yuventus”la “Real” qalib gəldilər

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna start verilib.

Futbolinfo.az xəbər verir ki, bu gün 6 qarşılaşma baş tutub.

Qitənin ən nüfuzlu klub turnirinin ilk iki oyununda “Yuventus” evdə PSV-ni, “Aston Villa” isə səfərdə “Yanq Boyz”u məğlub edib.

“Liverpul” səfərdə “Milan”ın öhdəsindən gəlib, “Bayern” “Qarabağ”ı ÇL-də mübarizədən kənarlaşdırmış “Dinamo”nu (Zaqreb) darmadağın edib. “Real” “Ştuttqart”ı yenibsə, “Sportinq” “Lill” üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi

17 sentyabr

“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1
Qollar: K.Yıldız, 21. Makkenni, 27. N.Qonsales, 52 – Saibari, 90+3.

“Yanq Boyz” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3
Qollar: Tilemans, 27. Remsi, 38. Onana, 86.

“Bayern” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2
Qollar: H.Keyn, 19-pen; 57; 73-pen; 78-pen. Gerrero, 33. Olise, 38; 61. Sane, 85. Qoretska, 90+2 – Petkoviç, 49. Oqivara, 50. 

“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3
Qollar: Pulişiç, 3 – Konate, 23. Van Deyk, 41. Soboslai, 67.

“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1
Qollar: Mbappe, 46. Rüdiger, 83. Endrik, 90+6 – Undav, 68.

“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0
Qollar: Qyokereş, 38. Debast, 65.

Избранный
44
2
futbolinfo.az

3Источники