RU

Ukrayna XİN Polşaya etiraz etmək niyyətindədir

Ukrayna Xarici İşlər Nazirliyi ukraynalı boksçu Aleksandr Usikin Krakov hava limanında saxlanılması və onunla rəftar ilə bağlı Polşaya etiraz etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixi bildirib.

Məlumata görə, Xarici işlər naziri Andrey Sibiqanın göstərişi ilə Ukraynanın Krakovdakı baş konsulu vəziyyəti aydınlaşdırmaq üçün artıq təcili olaraq hava limanına yola düşüb.

Nazir həmçinin baş konsula bu münasibətə etiraz və qəzəb bildirməyi tapşırıb

Öz növbəsində, Ali Radanın deputatı Jan Belenyuk Telegram kanalında Usıkda hər şeyin qaydasında olduğunu və onun ezliklə azadlığa buraxılmalı olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
ucnoqta.az

1Источники