RU

İmişlidə yem bitkilərinin məhsuldarlığında azalma qeydə alınıb 

Bu il İmişli rayonunda yem bitkilərinin məhsuldarlığında azalma qeydə alınıb.

"Report"un Muğan bürosunun məlumatına görə, cari il ərzində 18 469 hektar sahədə yem bitkiləri becərilib. Sahələrdən 157 202 ton məhsul əldə olunub.

Ötən il isə sahələrdən builkindən 2 888,7 ton çox, 160 090,7 ton məhsul toplanıb.

Qeyd edək ki, ötən il rayon ərazisində 18 200,7 hektar sahədə yem bitkiləri becərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
1
far.az

2Источники