RU

Makronun populyarlıq reytinqi:

Fransa prezidenti Emmanuel Makron “Paris Match” jurnalının və “Sud Radio”nun sifarişi ilə “IFOP-Fiducial” sosial xidmətinin tərtib etdiyi fransız siyasətçilərinin populyarlıq reytinqində 44-cü yerə düşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dərc edilmiş məlumatlara görə, min respondentin yalnız 31 faizi prezidentə müsbət münasibət bildirib.

 

“Paris Match” qeyd edir ki, bu, hazırkı dövlət başçısının ölkə prezidentliyinə namizədliyini irəli sürməyi yenicə planlaşdırdığı 2017-ci ildən bəri bu reytinqdə ən aşağı mövqedir. 

 

Xatırladaq ki, Makron eyni təşkilatın tərtib etdiyi iyul reytinqində 40-cı yerdə qərarlaşmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
2
senzor.az

3Источники