RU

Çempionlar Liqası: “Bavariya” 9 qolla qalib gəlib, “Milan” “Liverpul”a məğlub olub – FOTO

UEFA Çempionlar Liqasının yeni formatda keçirilən əsas mərhələsində birinci tura start verilib.

Doğru.az xəbər verir ki, liqa mərhələsinin maraqlı oyunlardan biri İtaliyanın “Milan” və İngiltərənin “Liverpul” komandaları arasında olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniya nəhəngi “Bavariya” doğma meydanda “Dinamo”nu (Zaqreb, Xorvatiya) 9:2 hesabı ilə darmadağın edib.

UEFA Çempionlar Liqası

I tur

“Yuventus” – PSV – 3:1

“Yanq Boys” – “Aston Villa” – 0:3

“Milan” – “Liverpul” – 1:3

“Bavariya” – “Dinamo Zaqreb” – 9:2

“Real Madrid” – “Ştutqart” – 3:1

“Sportinq” – “Lill” – 2:0

Qeyd edək ki, birinci turun digər qarşılaşmaları 18-19 sentyabrda keçiriləcək.

DOĞRU.AZ

image-1726607224310146887_1200x630

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
10
dogru.az

10Источники