RU

Cavanşir Paşazadə: "Səhiyyə müəssisələrinin mərkəzdən kənarda olması daha uyğun olar"

“Paytaxtın əlverişli ərazi olması baxımından Kürdəmirə və ya Yevlaxa köçürülməsini təklif edənlərə hörmətlə yanaşıram. Bütün bu fikirlərin əksinə, mən Bakının mərkəzində sıxlıq təşkil edən məkanların cənub bölgəsindəki boşluq yerlərə köçülürməsinin tərəfdarıyam. Sıxlığı azaltmaq üçün universitetlərin də mərkəzdən çıxarılması lazımdır. Tələbələrin həftəlik yataqxanalarda qalmaları, onlar üçün şərait yaradılması daha uyğun olar”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. 

 

Deputat xatırladıb ki, Bakı Azərbaycanın qədim tarixini təmsil edən, Xəzər dənizinin sahilində yerləşməsi ilə dünyada tanınan paytaxt şəhərdir: “İşğaldan azad olunan Qarabağ torpaqlarından birinin mərkəz olması barədə, bəlkə də, gələcəkdə insanlar fikirləşə bilərlər. Mən isə düşünürəm ki, hələlik Bakının mərkəzini yüngülləşdirmək lazımdır. Hazırda sıxlıq şəhərimizin yenidən qurulması, təmir işləri ilə də bağlıdır. “Formula 1” kimi böyük oyun keçirildi, ardından tədris ili başladı, məktəblər, universitetlər açıldı. Nə qədər fikirləşsək də, çətinliyin səbəbi fırlanıb yenə də təhsilə qayıdır. Bəlkə də, səhiyyə müəssisələrinin də mərkəzdən kənarda olması daha uyğun olar...” 

 

Aytəkin Qardaşova 

Tarix: 18 Sentyabr 2024, 10:58   
Избранный
33
1
pravda.az

2Источники