RU

Donald Trampı öldürmək istəyən şəxs Ukraynanın adamı olub?

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Rayan Uesli Rout Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra Kiyevdə “sərgərdan” olub.

Atıcı “Ukrayna paytaxtının mərkəzində və şəhərin əcnəbi hərbi könüllülər icması arasında tez-tez və ekssentrik çıxışlar edib.

Editor.az bildirir ki, bu barədə “Time” Kiyevdə amerikalını tanıyan insanların məlumatlarına istinadən yazır. Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, Rout “əslində evsiz” idi və bəzən Ukrayna hərbi hissələrinin bazalarında və ya kazarmalarında qalırdı ki, bu da ona orada gecələməyə imkan verirdi. Onun Ukraynadakı tanışlarından biri də jurnalistlərə bildirib ki, amerikalı guya Ukrayna tərəfinin Rusiyanın işğalının əvvəlində dünyanın hər yerindən könüllüləri cəlb etmək üçün yaratdığı Beynəlxalq Legionun bir hissəsinə döyüşçülər cəlb etməkdə müəyyən uğur qazanıb. Lakin 2-ci Beynəlxalq Legionun komandiri, polkovnik Ruslan Miroşniçenko Routun köməyini qəbul etmədiyini iddia edib. “Onun hərəkətləri və mövqeyi çox vaxt Ukrayna silahlı qüvvələrinin beynəlxalq legionlara cəlb edilməsi ilə bağlı rəsmi siyasətinə uyğun gəlmirdi”, – deyə zabit “Time”a deyib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
editor.az

1Источники