RU

“Silk Way West Airlines” COP29-un tərəfdaşı olacaq

Bakı. Trend:

Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti COP29-un havanəqliyyatı ilə qlobal yük daşımaları üzrə tərəfdaşı olacaq. Bu isə“Silk Way West Airlines” aviaşirkətinin dayanıqlı təcrübə və qlobaliqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.

Trend xəbər verir ki,logistika sahəsində mürəkkəb tapşırıqların həyata keçirilməsi üzrəzəngin təcrübəyə malik olan və qlobal yük daşımaları sahəsindəXəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı avia yükdaşımaşirkətlərindən biri olan “Silk Way West Airlines” COP29 AzərbaycanƏməliyyat Şirkətinin avia yükdaşımaları üzrə tərəfdaşı təyinedilib.

İri qabaritli və mühüm yüklərin hava nəqliyyatı ilə daşınmasısahəsində ixtisaslaşan və 500 000 tondan artıq illik yükdövriyyəsinə malik olan “Silk Way West Airlines” aviaşirkətiAvropa, MDB, Yaxın Şərq, Asiya və Amerikanı əhatə edən 40-dan çoxmarşrut üzrə kompleks yükdaşıma xidmətlərini təklif edir. Butərəfdaşlıq “Silk Way West Airlines” aviaşirkətinin dayanıqlılıq,səmərəlilik və qlobal əməkdaşlıq kimi əsas dəyərlərini əks etdirirvə onun ekoloji təsirlərini minimuma endirmək əzmini daha dagücləndirir.

Yaradılan bu imkandan istifadə etməklə, COP29-un tərəfdaşlarıqlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək,dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznessahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıdakeçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlərekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,50Chədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində mühüm vəhəlledici rol nümayiş etdirə bilərlər.

Yaşıl Zonada COP29 tərəfdaşlarına builki sərgilərdə iştirak edənqlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlimbaxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayişetdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində Yaşıl Zona iqlimfəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir arayagələrək təcrübə və bilik mübadiləsi apardıqları platformayaçevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalqtəşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar,seminarlar, brifinqlər, qarşılıqlı əlaqələrin qurulması imkanları vəmusiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlüproqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daharahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasınaxidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçünrezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli vəçoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi vəqarşılıqlı əlaqələrin qurulması imkanlarını təklif edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətininsədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalovatərəfdaşların elan edilməsi ilə bağlı bunları bildirib:Biz böyük məmnuniyyətlə bildiririk ki, “Silk Way WestAirlines” aviaşirkəti Azərbaycanda keçiriləcək COP29 tədbirininavia yükdaşımaları üzrə tərəfdaşı təyin edilib. Bu konfrans qlobaliqlim sazişlərinin irəliləməsi, uzaqgörən iqlim strategiyalarınınreallaşdırılması və daha yaşıl gələcək naminə beynəlxalqəməkdaşlığın artırılması üçün unikal platforma təklif edəntransformativ tədbirdir. “Silk Way West Airlines” aviaşirkəti iləəməkdaşlığımız COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərimizənail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir və iqlim sahəsindəmühüm nailiyyətlər əldə etmək üçün birgə çalışmaq imkanı biziruhlandırır”.

“Silk Way West Airlines” aviaşirkətinin prezidenti Zaur AxundovCOP29-un tərəfdaşı olduqlarını bəyan edərkənbildirib: “Biz COP29-un qlobal aviayükdaşımaları üzrə tərəfdaşı olmaqdan qürur duyuruq. “SilkWay West Airlines” aviaşirkətində gördüyümüz hər bir işinmərkəzində dayanıqlılıq dayanır və bu tərəfdaşlıq yüklərin havanəqliyyatı ilə daşınması zamanı ətraf mühitə dəyən təsirləriazaltmaq əzmimizi əks etdirir. Bu əlamətdar tədbirdə iştiraketməklə, biz qlobal logistika sənayesi üçün daha yaşıl gələcəyətöhfə vermək və Azərbaycanın ekoloji məqsədlərini dəstəkləməkniyyətindəyik”.

Azərbaycanda keçiriləcək COP29 tədbirinin Yaşıl Zonasındaiştirak etmək və tərəfdaş olmaq hələ də mümkündür. Yaşıl Zonahaqqında daha ətraflı məlumat üçün: COP29 Yaşıl Zona | 11 - 22 noyabr2024

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
7
az.trend.az

8Источники