RU

Bu federasiya "Sabah"ın baş məşqçisi ilə danışıqlara başladı

“Sabah” basketbol komandasının litvalı baş məşqçisi Rimas Kurtinaytis ölkəsinin yığmasını çalışdırmağa əsas namizəddir.

Prosport.Az xəbər verir ki, bu barədə Litva Basketbol Federasiyasının yeni seçilmiş prezidenti Mindauqas Balçiunas məlumat verib. O, hazırda boş qalan vəzifə üçün namizədlərin siyahısında 64 yaşlı mütəxəssisin də adının olduğunu bildirib. Avropa çempionu olmuş məşqçi ilə ilkin danışıqlar da aparılıb.

Bu ilin yanvarından “Sabah”a rəhbərlik edən R. Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan millisi və Bakının “Qala” klubunun baş məşqçisi olub.

Rimas Kurtinaytis üç dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
3
prosport.az

4Источники