RU

Çağrı cihazları necə bombaya çevrildi? - İsraildən Hizbullaha hücum

İsrail Livanda çağrı cihazlarına hücum etdiyi iddia olunur.    Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Yazılı və ya səsli mesaj almaq üçün istifadə edilən bu cihazlar insanların istifadə etdiyi zaman partlayıb və hadisə nəticəsində minlərlə insan yaralanıb. Bəs bu necə baş verib? Məlumata görə, həmin cihazlar 5 ay əvvəl Livana idxal edilib. İlkin nəticələrə görə, çağrı cihazlarının batareyalarına nitrogliserin birləşməsi daxil edilib. Çağrı

Bu birləşmə otaq temperaturunda ağ kristal şəklində mövcuddur. Lakin 210 dərəcə istiliyə çatdıqda partlayaraq bomba effekti yaradır.

İsrailin uzaqdan siqnal göndərərək cihazlardakı batareyanı qızdırdığı və onun partlamasına səbəb olduğu bildirilir. Hazırda bir çox qurumlar bu cihazların necə partlaması ilə bağlı araşdırmalar aparır. İsrail isə hələ ki bu ittihamlara cavab verməyib. Qeyd edək ki, hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. 

 

Избранный
115
29
manset.az

10Источники