RU

“Qarabağlılar”dan çevriliş cəhdi

Paşinyanı devirmək istəyənlər Rusiyada təlim keçiblər

Ermənistan İstintaq Komitəsi 7 nəfərə qarşı “hakimiyyəti qəsb etməyə cəhd” maddəsi ilə cinayət işi açıb. İddia olunur ki, hərbi çevriliş hazırlamaq üçün bir qrup Ermənistan vətəndaşı və Qarabağdan olan mühacir Rusiyaya gedib. “Kifayət qədər faktiki məlumatlar əldə edilib ki, Ermənistan Respublikasının vətəndaşları S.G, A.E, A.A, E.S, A.S, habelə Qarabağın keçmiş sakinləri A.M, A.S. və şəxsiyyəti hələ müəyyən edilməmiş şəxslər qrupun tərkibində hakimiyyəti qəsb etməyə hazırlaşmış, yəni zorakılıq tətbiq etməklə və səlahiyyətlərini mənimsəməklə Ermənistan Respublikasının hakimiyyətini qəsdən ələ keçirmək üçün şərait yaratmışlar”, - Ermənistan İstintaq Komitəsinin hesabatında deyilir.

İddialara görə, təqsirləndirilən şəxslər bir sıra digər Ermənistan vətəndaşlarını və Qarabağın keçmiş sakinlərini hər biri üçün ayda 220 min rubl mükafata cəlb ediblər. İnsanların Rusiyada 3 aylıq təlim-məşq toplanışı keçmək bəhanəsi ilə işə götürüldüyü iddia edilir. Orada onlar ağır silahların yeni növlərini idarə etmək üçün təlim keçməli idilər. Bundan sonra onlar döyüş vəzifəsini yerinə yetirmək üçün öz ölkələrinə qayıtmalı olublar. Dörd nəfər Rostova gedib, oradan isə başqa yerə göndəriliblər. Sonradan həmin şəxslərə deyiblər ki, onların əsl məqsədi hazırkı hökuməti devirmək və “Ermənistan Respublikasını xilas etmək”dir. Bundan sonra bir neçə Ermənistan vətəndaşı silahlı çevrilişdə iştirakdan imtina edərək evlərinə qayıdıblar.

Məhkəmə üç nəfəri həbs edib. Digər dördnəfər isə axtarılır. İstintaq Komitəsi cinayətkar qrupun digər üzvlərinin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Избранный
26
1
sia.az

3Источники