RU

Dünya Bankı: "Azərbaycandakı əkin sahələrinin təxminən 34 %-i suvarılmır"

Dünya Bankının (WB) su uçotuna əsasən, Azərbaycanda il ərzində suvarılan torpaqlar 1,02 milyon hektar, suvarılabilən ərazilər isə 1,54 milyon hektardır.

FED.az xəbər verir ki, bu barədə WB-nin “Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid” hesabatında bildirilir.

Sənədə əsasən, bu da əkin sahələrinin təxminən 34 %-nin suvarılmadığını göstərir: “Azərbaycanda suvarma səmərəliliyinin ən yüksək göstəriciləri Mil-Muğan, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarında qeydə alınıb".

“Su istehlakı baxımından Azərbaycanda suvarılan əkinlər hər il 1 560-2 630 milyon kubmetr suvarma suyu istehlak edir ki, bu da ölkə üzrə orta hesabla 2 330 milyon kubmetr təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə qəbul edilmiş suyun ümumi həcmi orta hesabla 7 milyard 30 milyon m3 təşkil edib ki, bu da potensial olaraq ölkə səviyyəsində təxminən 67 % ümumi su itkisini göstərir.

Uzaqdan zondlama təhlili göstərir ki, Azərbaycanda ən çox suvarma tələb edən məhsul sinfi meyvə bağlarıdır və hər hektara orta hesabla 4 400 kubmetr su sərf edir. Pambıq və yem bitkiləri hər hektar üçün orta hesabla 3 250 kubmetr su, suvarılan taxıllar (buğda və ya arpa) isə orta hesabla 1 320 kubmetr su istehlak edir.

Bu göstəricilər 6 illik müşahidə dövrü ərzində və bütün ölkə üzrə illik orta göstəricilər üzrə formalaşdırılıb. Hər bir məhsul sinfinin faktiki su istehlakı yerinə və iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Məsələn, Azərbaycanın quraq rayonlarındakı bağlar daha rütubətli rayonlardakı bağlardan daha çox suya ehtiyac duya bilər.”- hesabatda vurğulanıb. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
2
fed.az

3Источники