Azərbaycanda suvarma sistemlərinin səmərəliliyi aşağı - cəmi 37 %-dir. Bu barədə Dünya Bankının (WB) "Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid” hesabatında bildirilir.
Sənədə əsasən, ölkənin əksər regionlarında suvarma sistemlərinin səmərəliliyi 20-50 % aralığındadır: "Azərbaycanın suvarma səmərəliliyi həm nəqletmə, həm də sahə səmərəliliyinin təxminən 60 % olduğu ssenarini əks etdirir. Köhnə infrastruktur səbəbi ilə yüksək sızmalar (itkilər) əhəmiyyətli su itkilərinə səbəb ola bilər.
www.anews.az