RU

Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - Sabahın havası

Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - Sabahın havası




Bakıda və Abşeron yarımadasında sentybarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-19° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.




Xəbərin oxunma sayı :
145

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
49
azfakt.com

10Источники